Türkiyənin təhsil naziri Azərbaycana gəlib
30.01.2023

Türkiyənin milli təhsil naziri Mahmud Özer Azərbaycana gəlib.

Visiontv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir Bakıya səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Daha sonra türkiyəli nazir Şəhidlər xiyabanı və Türk şəhidliyində olub.

APA