20.08.2019
Axtar
Dünya
alt

Türkiyə vətəndaşlarının Azərbaycan qadınları ilə NİKAH STATİSTİKASI

2018-ci ildə Türkiyə vətəndaşları xarici qadınlarla 22,7 min nikah bağlayıb.

Visiontv.Az bu barədə Trend-ə istinadən məlumat verir.

Statistikaya əsasən, 15,7 faiz nikah Suriya vətəndaşları ilə bağlanıb.

Bu göstəriciyə görə Azərbaycan qadınları ikinci yerdə qərarlaşıb. Qeyd olunur ki, Türkiyə vətəndaşlarının bağladığı beynəlxalq nikahların 13,9 faizi azərbaycanlı qadınların payına düşüb.

Almaniya vətəndaşları 10,9 faizlə üçüncü yerdə qərarlaşıb.

Şərh yazın