Türkiyə və Suriya hökumətlərini kürd məsələsi yaxınlaşdırır
Türkiyə və Suriya hökumətlərini kürd məsələsi yaxınlaşdırır
13.04.2022 Kənan Rövşənoğlu Tərəfindən

Bu arada Suriyada kürdlərlə hökumət arasında gərginlik artıb. Hökumtə qüvvələri Hələbdəki kürd məhəllələrini mühasirəyə alıb, kürdlər isə Qamışlının aeroportunu. Dəməşq kürdlərin hökumətə çatacaq yanacğın həcmini artırmağı tələb edir. Bu gedişlə yaxın günlərdə toqquşma qaçılmaz olacaq.

Əvvələ, kürdlər Qərbə arxayın olub neft və taxılı əllərində saxlayır. Suriyanın əsas "taxıl anbarı" kürdlərin nəzarətindədir. Neft və qaz da kürdlərin nəzarətindədir.

Üstılik Qərb kürdlərə hərbi və maliyyə yardımını artırır, Cenevrə danışıqlarında kürdlərin muxtariyyət alması ehtimalı güclənir. Buna görə də güman ki, Dəməşq kürdlərin dərsini verməyə çalışır. Ya da narahatdır. Türkiyə və Suriya hökumətlərini kürd məsələsi yaxınlaşdırır. Çünki kürd muxtariyyəti hər iki ölkəni təhdid edir.

Güman ki, yaxında kürdlərlə yeni qarşıdurma olacaq. Əgər Qərb araya girib qarşısını almasa.

Siyasi şərhçi Kənan Rövşənoğlu

Visiontv.az