"Forbes" jurnalı yazır ki, Türkiyə və İsrail Azərbaycanın Rusiyaya istehsalı olan köhnə hərbi texnikasını yeniləyir.
Bu arada isə Ermənistan Cənubi Koreyadan K2 Qara Panter-a tanklarını almaq haqqında düşünür. 2020-ci il müharibəsində Ermənistanın tankları ciddi zərbələrə məruz qalıb. Həmin tankları kütləvi şəkildə təkmilləşdirilməsi gərəkir.
"Forbes" xatırladır ki, Ermənistanın Rusiya istehsalı olan 4 ədəd Su-30SMs qırıcısı var. Ermənistan bu qırıcıları təmir etmək üçün Hindistanla danışıqlar aparır.
Qeyd edim ki, Hindistanın arsenalında 272 ədəd Su-30MKIs qırıcısı var. Əlavə olaraq 12 ədəd də sifariş veriblər...
Amerika saytı Azərbaycanın Pakistandan aldığı qırıcılara da toxunur. Bildirir ki, bu qırıqçılarla yanaşı Azərbaycanın 4-cü nəsil Rusiya istehsalı olan MiG-29 Fulcrum qırıcısıları da (12 ədəd) var...
Elbəyi Həsənli
visiontv.az