Əfqanıstanda Taliban hakimiyyəti milyonlarla qızın orta və ali təhsil almasını qadağan edib.
Maraqlıdır, Türkiyədə və İranda qadınların geyimi, hicabı və dini davranışları barədə daim müzakirələr aparan bəzi dini çevrələr Əfqanıstandakı bu vəziyyətə niyə eyni həssaslıqla yanaşmırlar?
Əlbəttə, bu qadağaya etiraz edən din alimləri də var. Amma məsələ bir-iki bəyanatdan daha böyükdür.
Qadının başını örtməsi bu qədər mühüm sayılırsa, onun elm öyrənmək, həkim, müəllim və alim olmaq hüququ niyə eyni dərəcədə müdafiə edilmir?
Əgər din insanı elmə, biliyə və mənəvi kamilliyə çağırırsa, milyonlarla qızın təhsildən məhrum edilməsinə dini əsaslarla necə haqq qazandırmaq olar?
Qadının necə geyindiyindən daha vacib olan onun necə təhsil alması, necə yaşaması və öz gələcəyini necə qurması deyilmi?
Elbəyi Həsənli
visiontv.az