Türkiyə ordusunda dəhşətli hadisə - təlim atışında 4 əsgər güllələndi
16.01.2020

Türkiyə ordusunda dəhşətli hadisə: təlim atışında 4 əsgər güllələndi

Visiontv.az`ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Hakkaridə atışma təlimi zamanı 2 türk əsgəri həlak olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

"15 yanvar 2020-ci ildə Hakkarinin Çukurca bölgəsində atışma təlimi zamanı meydana gələn qəzada iki qəhrəman silahdaşımız şəhid oldu, 2 əsgərimiz isə yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb, hazırda müalicələri davam etdirilir", - deyə bəyanatda bildirilir.