Türk Ordusunun qisas əməliyyatının görüntüsü yayıldı - ANBAAN VİDEO
29.02.2020

Türkiyə Silahlı Qüvvələrinin 33 hərbçisinin ölümündən sonra daha bir şəhid xəbəri yayılıb.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İdlibdə Əsəd rejiminin hücumu nəticəsində daha bir Türk hərbçisi şəhid olub.

Bunun ardından Türkiyə Hava Qüvvələri Suriya ərazisinə hava hücumları təşkil edib.

Hücum nəticəsində rejimə məxsus 56 yüksəkrütbəli hərbçi məhv edilib.

Hücumun saniyə-saniyə görüntüləri yayılıb.

Qeyd edək ki, Türkiyənin rejimə qarşı əks həmləsi dünən gecə saatlarından başlayıb. Türkiyə ordusunun hava hücumu nəticəsində 5 helikopter, 23 tank, 23 top, bir SA-17, bir SA-22 hava hücumundan müdafiə sistemi, 3 döyüş anbarı, 2 ərzaq anbarı və 1 qərargah binası sıradan çıxarılıb.

Türkiyə mediası yazır ki, hava hücumları zamanı Suriya ordusunun 3 yüksəkrütbəli ordu rəsmisi də ölüb. Bunlar general Burhan Rahmun, briqada generalı İsmayıl Əli və polkovnik Mazən Fərvatidir.