ABŞ Prezidenti Donald Tramp Venesuelanın sabiq rəhbəri Nikolas Maduroya qarşı yenidən əlavə ittihamların irəli sürülməsi ehtimalını istisna etməyib. Xüsusilə, ABŞ lideri venesuelalı məhbusların Birləşmiş Ştatlara göndərilməsi ilə əlaqədar yeni bir işin açıla biləcəyini qeyd edib.
Visiontv.az-ın Mk.ru-ya istinadən verdiyi məlumata görə, Tramp Maduro və onun həyat yoldaşı Siliya Floresin artıq ağır cinayətlərdə ittiham olunduqlarını bildirib.
Eyni zamanda, o, ABŞ hökumətinin Venesuela həbsxanalarının boşaldılması iddialarına görə Maduronu əlavə olaraq məsuliyyətə cəlb edə biləcəyini də vurğulayıb.
Bundan əvvəl Tramp Venesuela hakimiyyətinin ABŞ-yə qeyri-qanuni miqrasiyaya şərait yaratdığını, o cümlədən cinayətkarları ölkəyə göndərdiyini dəfələrlə iddia etmişdi. Lakin bu iddiaların müstəqil təsdiqi yoxdur: Venesuelanın belə bir siyasət yürütməsi faktı əvvəllər həbsxanaların vəziyyətini izləyən təşkilatlar və ekspertlər tərəfindən təkzib olunub.
Qeyd edək ki, Maduro yanvar ayında ABŞ qüvvələrinin onu Venesuelada ələ keçirdiyi hərbi əməliyyatdan sonra Birləşmiş Ştatlarda həbsdə saxlanılır. Ona artıq narkotik ticarəti ilə bağlı ittihamlar irəli sürülüb, lakin o bu günahlandırmaları rədd edir. Sentyabr ayında keçmiş prezidentin müdafiə komandası da dövlət başçısı statusunu əsas gətirərək cinayət işinə xitam verilməsini tələb etmişdi.
visiontv.az