Douyin (Çin video paylaşma platforması) və TikTok-un qurucusu Zhang Yiming Hurun Araşdırma İnstitutu tərəfindən yayımlanan "Çin Zənginlər Siyahısı"nda 49,3 milyard dollarlıq sərvəti ilə birinci yerə yüksəlib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 41 yaşlı Zhang 2012-ci ildə yaratdığı ByteDance şirkətinin nəzdində hər iki populyar tətbiqi inkişaf etdirərə ilk dəfə siyahıda birinci yerə yüksəlib.
ABŞ Konqresinin ByteDance-in Çin hökuməti ilə bağlı olduğu iddialarını əsas gətirərək TikTok-un satılmasını tələb etməsinə baxmayaraq, dünya üzrə 200 milyona yaxın istifadəçisi olan şirkətin qlobal gəlirləri son bir ildə 30 faiz artıb. 2021-ci ildə şirkətin rəhbərliyini təhvil versə də, hələ də şirkətdə əhəmiyyətli pay sahibi olan Zhang"ın şəxsi sərvəti də son bir ildə 43 faiz yüksəlib.
Qeyd edək ki, son üç ildir ki, siyahının zirvəsində olan qablaşdırılmış təbii su istehsalçısı Nongfu Spring şirkətinin qurucusu və sahibi Zhong Shanshan, 47,9 milyard dollarlıq sərvəti ilə ikinci yerə enib.
Visiontv.az