“Testene Art Baku” başa çatıb - FOTOLAR
04.04.2018

Martın 27-dən aprelin 2-dək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçirilib.

Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın Xalq Artisti Viktor Pelenyaqre, Rusiya və Tatarıstanın Xalq Artisti Renat İbrahimov, bəstəkar, pianoçu, Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstriya cəmiyyətinin prezidenti Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak ediblər.

Müsabiqədə İnsturmental ifaçılıq kateqoriyasında I yerə tar ifaçısı Rəhman Abdullayev layiq görülüb. Aprelin 2-si  7 nominasiya üzrə qaliblərin Mərdəkan Mədəniyyət Sarayında qala konsertində  çıxışlarına yer verilib.

Visiontv.az