Tərtərdə meşə zolağında yanğın olub
Videonu Aç
09.02.2024

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər rayonunun Gülabadlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Visiontv.az-a verilən xəbərə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində meşə zolağında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 0.8 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.