Terroru sevən ölkədə terror...
Terroru sevən ölkədə terror...
15.08.2022 Bəybala Mirzəyev Tərəfindən

Keçmişdə azərbaycanlıların yaşadıqları İrəvandakı Sürməli məhəlləsindəki "Sürməli" topdansatış ticarət mərkəzində baş vermiş partlayışı kim törədib?

Yəqin ki, bu hadisəni ilk növbədə ermənilərin özləri törədib. Çünki belə bir terror aktını radikal-revanşist erməni müxalifəti də törədə bilər, Paşinyan iqtidarının törətməsi də prinsipcə mümkündür. Əlbəttə, güddükləri məqsə də tam fərqli olmaqla.

Radikal-revanşist müxalifət sıralarına - "Daşnaksütyun", "Sasna Tsrer" və yenidən bərpa edilmiş "ASALA"dan tutmuş, Robert Köçəryan və Serj Sərkisyan cütlüyünün idarə etdiyi rusiyameylli keçmiş "Qarabağ klanı"na qədər ən müxtəlif zərərli, zəhərli ünsürlər daxildir. Bunlar Paşinyan iqtidarının dayaqlarını sarsıtmaq, cəmiyyətdə nüfuzdan salmaq və süni siyasi böhran yaratmaq məqsədilə belə bir qanlı terrora əl atmış ola bilərlər.

Gözlərini qan örtmüş radikal ermənilər üçün bir göz qırpımında, iki daşın arasında partlayış təşkil etmək, dinc insanları qanlarına qəltan etmək su içmək qədər asandır. Zatən ermənilərin 200 ilə yaxın terror təcrübəsi var və bu versiyanı da nəzərə alsaq, "Sürməli"dəki məlum partlayışın radikal erməni qüvvələrinin əlinin işi olduğuna heç bir şübhə yeri qalmır. Bir sözlə, ermənilər terroru sevən xalq kimi tarixdə iz buraxıblar.

Ancaq yaramaz ermənilər isə bu işdə də "türk izi" axtarmağa cəhd göstərir, sözügedən partlayışı Türkiyənin təşkil edə biləcəyini düşünürlər.

Köpəyuşağı heç olmasa, yenə Rusiyanın adını hallandırmış olsaydı, bu versiyaya bəlkə də müəyyən qədər inanmaq olardı. Çünki hazırda Rusiyanın Ermənistanda həm hərbi bazası yerləşir, həm də hörümçək toru kimi yayılmış geniş agentura-cəsus şəbəkəsi fəaliyyət göstərir. Üstəgəl, Rusiyanın hələ çoxdan "Qərb uşağı" sayılan Paşinyanın hakimiyyətdən devrilməsi planlarına malik olmasını göz önünə gətirsək, o zaman "Sürməli"dəki partlayış və yanğında Rusiyanın "barmağ"ını axtarmaq daha təbii görünür.

Lakin məkrli ermənilərə isə Rusiyanın yox, məhz Türkiyənin adını hallandırmaq sərf edir. Türkofobiya ermənilərin gözlərini örtməklə bərabər, ağıllarını da korşaldıb.

Bəybala Mirzəyev

visiontv.az