4.07.2020
Axtar
Təhsil-tərbiyyə
alt

Təhsil Nazirliyindən “Son zəng” şənlikləri ilə bağlı valideyn və məzunlara ÇAĞIRIŞ

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

Visiontv.az xəbər verir ki, mövcud qərardan sonra ölkə ərazisində pandemiya ilə əlaqədar bütün kütləvi tədbirlər, o cümlədən “Son zəng” tədbirinin keçirilməsi nəzərdə tutulmur.

Orta məktəblərdə rəsmi olaraq “Son zəng” tədbirləri keçirilməsə də, bəzi məzunlar qrup halında birgə bayram şənlikləri keçirməyi planlaşdırır. Bu isə pandemiya dövründə müəyyən risk yaradır. Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik və “Son zəng”lə bağlı qrup halında şənliklərin keçirilməsi ilə bağlı münasibət öyrəndik.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hazırda pandemiya dövrüdür və bu şəraitdə sanitariya-epidemioloji vəziyyətə uyğun tələblər nəzərə alınmalıdır: "Burada sosial məsafə, maskaların taxılması və qrup halında toplaşmamaq nəzərə alınmalıdır. Bu, hazırda dövrün əsas tələbidir.

Qrup halında şagirdlərin hər hansı tədbir keçirməsi qəbuledilməzdir. Nazirlik şagirdlərə “Son zəng” şənliklərini keçirməyi tövsiyə etmir".

BAKU.WS

Şərh