Təhsil Nazirliyindən dərs ilinin başlanması ilə bağlı açıqlama
30.04.2020

Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər.

Visiontv.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 “Yeni TV”yə müsahibə verən nazir müavini bildirib ki, əslində hər il dərslər ənənəvi olaraq sentyabrın 15-də başlayır:

“Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir.

Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək”.