Tehranda siyasi məhbus intihar etdi
13.09.2024

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus Kzım Əlinəjad özünü yandırıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

O, həbsxanada dözülməz şərayitə, məhbusların hüquqlarının pozulmasına etiraz olaraq özünə qəsd edib.

Sentyabrın 10-da ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılan siyasi məhbusun müalicəsinin davamına icazə verilməyib, təkrar həbsxanaya qaytarılıb.

Kazım Əlinejad ötən il həbs edilib, "müqəddəsləri təhqir etmək", "ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq" və "hakimiyyətə qarşı təbliğat" ittihamlarına görə 10 azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

visiontv.az