Ərdəbilin əyalət mollasından sonra indi də Təbrizin bir yekəbaş mollası peyda olub, özünü türk dilinin himayədarı hesab edən amma boğula boğula yarıfarsca danışan Rəsul Bərgini deyirəm.
O günü Azərbaycan dövləti, bayrağı və burda yaşayan türklər barədə ağzına gələn sözlər deyib. Məcburam bu yekabaş mollaya bir-iki kəlmə fikir bildirim. Deməli dünənə qədər özünü "milli din xadimi", "ana dilimiz türkcədir" deyən Təbriz Şəhər Şurasının üzvü molla Rəsul Bərgi şuranın növbəti iclasında içindəki əsl fars şovinist irini çölə çıxardıb.
Bu da şəkli.

Deyib ki, biz İranın olan Azərbaycana inanırıq. O biri Azərbaycan da İranındır və bizdən ayrılıb, bir gün yenə İranın olacaq. Bu cümlə təkcə bir mollanın sərsəmləməsi deyil. Bu, 100 ildir dəyişməyən İranın dövlət doktrinasıdır. Təbrizdə türk uşaqlarına ana dilində məktəbə getməyi qadağan edən, minlərlə soydaşımızı "türkcə danışma" deyə həbsə atan rejimin rəsmi xəritəsidir. Bu molla daha sonra deyir ki. biz Quzey Azərbaycan, Güney Azərbaycan deyilik, biz İranın türkləriyik. Yəni bu yekabaş 35 milyon azərbaycan türkünü ərəb işğalından qalma bir çürümüş imperiyanın içində əridib "İran türkü" adlandırır. Buna sual verən yoxdur ki, sən axı kimsən ki, mənim kimliyimi təyin edəsən. Biz nə "İranın türkü"yük, nə də sənin o murdar bayrağının altında fəxr edən kölələr. Biz Azərbaycan türküyük. Quzeyimiz də, Güneyimiz də bir millətdir. Və bu millətin adı İrandan min il əvvəl var idi. Hətta sənin o "Əbülfəz bayrağı" dediyin bez parçası yaranmamışdan əvvəl belə biz türk imperiyaları yaradıb hökümranlıq etmişik.
Molla Bərginin ikinci yalanı daha iyrəncdir. Deyir Azərbaycanda hicablı qızlar məktəbə buraxılmır, onlara canını qurban verməyə hazırdır. Bu, İranın 30 ildir Azərbaycanda oynadığı ən çirkin oyundur. Əslində bu yekabaş molla, hicabdan danışanda utanmalıdır. Sənin ölkəndə Məhsa Əminini başı açıqdı deyə küçədə günün gunorta çağı döyüb öldürdülər. Sənin ölkəndə qadınlar başını açmaq üçün özünü yandırır. Sən hansı hicabdan danışırsan? Sənin dərdin hicab deyil. Sənin dərdin Azərbaycanda yaratdığın "Hüseyniyyun" kimi terror şəbəkələrinə haqq qazandırmaqdır. Torpaq iddiasına dini donu geyindirməkdir.
Bu məslədə ən acınacaqlısı bilirsiniz nədir? Bir müddət əvvəl bu adam "ana dilimiz türkcədir" deyəndə bizim bəzi sadəlövh jurnalistlər, saytlarımız, sosial şəbəkədəki "milli fəallar"ımız onu az qala qəhrəman elan etmişdi. "Baxın, Təbrizdən milli molla çıxdı" dedilər. İndi alın sizin milli mollanızı!
Bu camaat bir dəfəlik başa düşsün ki, İran rejiminin oyunu həmişə belə olub. Əvvəl içimizə bir "türksevər" molla soxur, türkcə iki kəlmə danışdırır, bir-iki beyt şer dedizdirir, bizimkilər də sevinir. Sonra həmin molla çıxıb deyir "Bakı İranındır".
Bu, fars rejiminin klassik taktikasıdır. Əvvəl quyruq bulayır, sonra dişləyir. Rəsul Bərgi kimiləri nə türkün dostudur, nə İslamın xadimi. Onlar Tehran rejiminin Təbrizdəki muzdlu mikrofonlarıdır. Onlar üçün Azərbaycan türkü yalnız öləndə, İraqda, Yəməndə, Livanda, Suriyada İran üçün şəhid olanda dəyərlidir. Diriykən, dil istəyəndə, məktəb istəyəndə, haqq istəyəndə onlar üçün "pantürk" və "sionist" olur.
Bərginin bir qələtinə də cavab verim bitirək bu söhbəti. Deyir ki, İran bayrağının tozunu belə Azərbaycanın bayrağına dəyişmərəm.
Əslində biz də deyirik dəyişmə. O tozlu, şeytanın rəmzi olan bayrağın altında oturmaqda davam elə. Amma bil ki, Arazın bu tayındakı 10 milyon və o tayındakı 35 milyon Azərbaycan türk sənin o tozlu bayrağını yox, 1918-ci ildə ucaldılan üçrəngli bayrağı öz canından əziz bilir. Sənin "bir gün yenə İranın olacaq" dediyin Azərbaycan Respublikası artıq dünyanın ən güclü ordularından birinə malikdir, 90 milyard dollar ehtiyatı var və öz torpağını qan tökərək azad edib. Sənin "İran türkləri" dediklərin isə artıq oyanıb. Onlar artıq fars nağıllarına yox, Ana dilinə inanır. Siz Təbrizdə Şəhər Şurasında oturub xəritə cızana qədər, o xəritəni artıq Təbrizin küçələrində uşaqlar divara yazır. "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!".
Şöhrət El-Dəniz
visiontv.az