Təbriz Tibb Elmləri Universitetinin Ginekologiya və Mamalıq ixtisasının sonuncu kurs tələbəsi Nərgiz Məhəmmədpur intihar edib.
Bu barədə yerli media məlumat yayıb.
Rəsmi məlumatda onun "qəfil öldüyü" bildirlsə də, qeyri-rəsmi media Məhəmmədpurun özünə qəsd etdiyini yazıb.
O, universitetdə təhsil almaqla yanaşı, həm də ixtisası üzrə fəaliyyət göstərib.
Bu, son 10 gün ərzində Təbrizdə üçüncü intihar hadisəsidir.
Qeyd edək ki, İranda artan intihar halları tibb içiləri arasında da yayılıb.
Bir müddət əvvəl İranın keçmiş səhiyyə naziri Seyid Həsən Haşimi Səhiyyə Nazirliyinin intiharlarla bağlı susmasını biabırçılıq adlandırıb.
Tibb Bacıları Evinin baş katibi Məhəmməd Şərifi Müqəddəm isə həkim və tibb işçilərinin intihar hallarının sayının dəqiq olmadığını deyib.
O, hazırda intihar faktlarının hamısının media və soaial mediada yayılmadığını söyləyərək, özünə qəsd hallarının rəsmi statistikada göstəriləndən daha çox olduğuna işarə edib.
Qeyd edək ki, Rəsmi məlumatlara görə, son 7 ildə 40 min nəfərdən çox iranlı intihar edib və bu, öncəki illərə nisbətdə artmaqda davam edir.
visiontv.az