Təbriz hava limanı uçuşları bərpa etməyə hazırdır
08.05.2026

Təbrizin Şəhid Mədəni Hava Limanında təmir və bəpa işləri yekunlaşıb, hava limanı texniki cəhətdən daxili və beynəlxalq uçuş xidmətləri göstərməyə hazırdır.

Bunu Şərqi Azərbaycan valisinin müavini Zəfər Məhəmmədi deyib.

O, uçuşların yenidən başladılmasına icazə verilməsi üçün Şərqi Azərbaycan valisinin Tehrana müraciət etdiyini bildirib.

Qeyd edək ki, fevralın 28-i İran, Amerika və İsrail müharibəsinin başlamasından sonra Təbriz hava limanı bir neçə dəfə bombalanmış və fəaliyyəti dayandırılmışdı.

visiontv.az