Tanrı onlara vətən və mənəviyyat vermədi ... !
Tanrı onlara vətən və mənəviyyat vermədi ... !
07.10.2021 Hikmət Babaoğlu Tərəfindən

"Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir".

Prezident İlham Əliyev bu sözləri söyləyərkən  əsl həqiqəti dedi. Erməni "mənəviyyatının" daha doğrusu mənəviyyatsızlığının iç üzünü göstərdi və onlara haradan gəldiklərini bir daha xatırlatdı! Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, Qafqaza xas olan mənəviyyatdan danışmaq üçün ilk növbədə bu mənəviyyatın nə olduğunu bilməli və onun daşıyıcısı olmalısan. Doğurdan da bir qafqazlı mənəviyyatı var və bu çox uca mənəviyyatdır. Ancaq nə Qafqazın, nə də qafqazlı mənəviyyatının ermənilərə daha doğrusu "Hay"lara heç bir adiyyatı yoxdur. Çünki onlar qafqazlı deyillər. Qafqazlı olan torpaqlarında yaşadığı xalqa qarşı soyqırımı törədib sonradan onunla fəxr etməz! Qafqazlı olan, uşaq qatili ola bilməz, bir millətə aid olan milli irsi, dini mənəvi abidələri dağıtmaz, müharibəni belə Qafqazlı mənəvniyyatı ilə aparar.

Necə ki, bunu Azərbaycan etdi! 44 günlük müharibəni ləyaqətlə , mənəviyyatla , hərbi cinayətə əl atmadan apardı. Qafqazlı və türk mənəviyyatı belə olur! Serjiklər isə belə uca dəyərlərdən məhrumdurlar. Onlar üçün qafqazlı mənəviyyatı və mərdliyi əlçatmaz bir yüksəklikdir. Terrorçular və faşistlər əsla bu yükskliyə ucala  bilməzlər. Böyük Lev Qumilyov passionarlıq nəzəriyyəsini irəli sürərkən "etnosiyasi landşaft" ifadəsi işlədir. Yəni demək istəyir ki, hər təbii coğrafiyanın özünün bitki landşaftı olduğu kimi  hər coğrafiyanın  da özünə aid olan etnik ladşaftı var. Yad, gətirilmə bitkilər gətirildikləri çoğrafiyada intişar edə bilmədikləri kimi, gətirilmə etniklər də gətirlildikləri coğrafiyaya uyğunlaşa bilmirlər. "Hay" lar da bizim coğrafiyanın etnosiyasi landşaftına aid olmadıqları üçün qafqazlı sayıla bilməzlər. Elə özlərinin Qafqaza xas olmayan terrorçu xususiyyətlərilə də bunu illərdir sübut edirlər. Bəs "hay" lar Qafqaza haradan  gətiriliblər. Erməni  "xalqı"nın  etnogenezisi haqqında əsər yazan milliyətcə erməni, E.Sevortyan qeyd edir ki, ermənilər  6 etnik qrupdan ibarətdirlər. Bunlar "Hay"lar, "Boşa"lar və "Qaraci"lərdir. 

Biz Ermənistanda yaşayan Azərbaycanlılar "Boşa"lara sadəcə poşa deyirdik. Poşalar ələk–xəlbir və digər xırdavat tacirləri idi. Bizm kəndə də  müxtəlif əşyalar  gətirib satırdılar. "Qaraci"ləri isə biz qaraçı kimi tanıyırıq . "Hay"lar isə daha böyük etniq qrup olduqları üçün Ermənistana öz etnik adlarını veriblər "Hayastan".  Hər üç etnik qrup  tarixən  Hindistanın şimalında mövcud olan Qaraci bölgəsindən Fars yaylasına oradan isə yaxın və orta şərqə köç ediblər. Xristiyanlığı qəbul etmələri bu dağınık və vətənsiz  etnik qrupun bir qədər təşkilatlanmasına səbəb olub . Sonralar isə Çar Rusiyası onları Qafqaza köçürərək süni dövlət qurmalarını təmin edib. Təqribən 200 ildir Qafqazda yaşamalarına baxmayaraq qafqazlı ola bilməyiblər və bilməyəcəklər də! Çünki Qafqaz onların vətəni deyil. Tanrının vətən vermədiyi daha doğrusu vətən qıymadığı bir "xalqa" Çar deyil, Kral da vətən versə onlar bu vətəni mənimsəyə bilməzlər! Necə ki, mənimsəyə bilmədilər. Ona görə də gec-tez bu vətənsizlər Tanrının bizə verdiyi vətəndən çıxıb gedəcəklər !

P.S E.Sevortyan digər üç qrupa isə, ərmən,  kıfşak(qıpçaq) və sevortları daxil edir. Bunlar barədə şərh verməyi indilik məqbul hesab etmirik.

Millət vəkili Hikmət Babaoğlu

Visiontv.az