Bu gün sığorta şirkətlərindən birinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.
Visiontv.az "Oxu.Az"a istinadən xəbər verir ki, 47 yaşlı Y.Aqşin 14 gün idi ki, 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.
Qeyd edək ki, Y.Aqşin maliyyə sahəsində peşəkar fəaliyyəti ilə yanaşı, 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Kikboksinq üzrə dünya ikincisi olub.