Tahir Nəqəvinin həyat yoldaşı həbs edilib
10.12.2025

Təhlükəsizlik əməkdaşları Tahir Nəqəvinin evinə basqın edərək onun həyat yoldaşı Süheyla Sədəqianini həbs ediblər.

Bu barədə Kərəc şəhərindəki vətəndaş cəmiyyəti fəalları məlumat yayıb.

Təhlükəsizlik əməkdaşları evdə axtarış apardıqdan və onun noutbukunu, mobil telefonunu və başqa şəxsi əşyalarını müsadirə ediblər.

Süheyla Sədəqiani 3 saat çəkən dindirmədən sonra azad edilib. Hələki polis tərəfindən hadisənin səbəbləri barədə dəqiq açıqlama verilməyib.

visiontv.az