“Tabutunu yonacaq rəndə” romanından: Cəllad
“Tabutunu yonacaq rəndə” romanından: Cəllad
22.03.2023 MEDİA Tərəfindən

Pioner qırmızı qalstukunu, boynuma sarmadan, birbaş, Siyasi Büroya sıçramağım, düzü, o zaman mənə təbii görünürdüsə, indi, aradan düz 50 il keçdikdən sonra, vallah özümçün də, xeyli dərəcədə təəccüblü, həm də heyrətamizdi.

Labüd təəccüb hissinin, yaxud diksintisinin, düz əlli il gecikməylə, indi gəlib məni Bakıda haqlaması da, razılaşın, yenə bir başqa cür təəccübdür. Azcana çox absurddur.

Yenə də ilk növbədə elə özümçün.

Azərbaycan Demokrat Partiyası, Tudə Siyasi Büro üzvləri-yəni baş katib İyrəc İskəndəri və digərləri, məni öz sıralarına eyni çəkili idmançı kimi qəbul etdikdən sonra, pıçıltılarını bir pillə qaldırdılar.

Yatmış yaddaş fayllarımı fəallaşdırıb, o 8 saylı xəstəxana palatamdakı o qəliz söhbətləri xatırladıqca, Çexova da münasibətim dəyişir.

Bizim 8 saylı palatada azca yubansa, düzü, yazıçılıq daşlarını, iddialarını ətəyindən birdəfəlik tökərdi.

Kirli sokaklarda, həyat palçığına bulaşmış balaqlarını, ovcuyla təmizləyib, həkimlik sənətinə qayıdardı.

Burda, bu qəliz yolayrıcında, Çexovla yollarımız ayrılır.

Gözü yaşlı ayrılırıq bir-birimizdən.

Neynək, belədi həyatın qəti hökmü.

Tezliklə, həyatımı, palatamın qapısını nallamış o 8 rəqəmi üzərinə, ikincisi də qondu.

Ancaq bu dəfə o 8 rəqəmini qapıma yox...arxivlərdəki tam məxfi dosyemə vurdular.

88 qoşası, çox nadir hallarda kiminsə payına, qismətinə düşür, biləsiz.

“88” qoşası, Kreml sirri deməkdi, qısaca.

***

Tale zarafatları da, az olmur haa bax bu “Kreml 88”-lərin. Misal üçün, yaşadığım 8-ci mikrorayonda, adı şəhər sərnişin avtobusunun palçıqlı nömrəsidi, indi də, bax bu qoşa, cüt rəqəm.

Zamanla zərr atmışam, necə deyərlər, əbədi 88 qoşasını qazanmışam. Minirəm hər gün bu eyniadlı yox...eyni rəqəmli nəqliyyat vasirəsinə. Adi sərnişinlər üçün, hə, bu qoşa zərr, heç nə, sıravi, bəsit, mənalı yox...mənasız, sırf təsadüfü bir rəmzdir deyərdim. Mən isə yox...kirli arxa otutacaqda əyləşəcəm əvvələcə. Yad sifətlərdə doğmalarımı axtaracam.

İtmiş, qətlə yetirilmiş yüzlərlə partiya silahdaşımın zəif siluetlərini görəcəm bəzən tam yad sərnişin simalarında, boz kütlə arasında. Qalxmaq istəyəcəm, oturacağımı İyrəc İskəndəriyə, Davud Münşüzadəyə, Bözorg Ələviyə, rəhmətlik atama, yüzlərlə digər səhra, həyat ilğımlarına buraxmaq istəyəcəm bir an.

Avtobus silkələnəcək qəfil.

Yuxudan, ayılacam. Görəcəm, yan-yörəmdə, İyrəc nədi, ay-hay, yatmışam fil yox 88 avtobusunun kar qulağında. Başqasına ötürdüyüm avtobus kreslosunda isə İyrəc İskəndəri yox.. araq qoxulu, çox yad birisidi.

Doğmalar artıq çoxdan burxarlanıb gediblər.

Qismətimə, heç..şükür edəcəm həm də.

Çünkü, 88 avtobusuna minmək...yəni Kreml avtobusuna deyirəm, eyni halda xüsusi cəlladla da təmin olunmaq xoşbəxtliyidir eyni halda.

Cəlladımız, az olmayıb.

Qismətimizdəkilərin, ümumi cizgilərini indi bir nümunədə, bircə nüsxədə, həyatın cəm yox....yox...tək halında-Tehrandakı növbəti sovet səfiri V. M. Vinoqradovun simasında görürəm.

Ölüb çoxdan. Haqqında danışmaq mümkündü indi düşünürəm.

***

SSRİ-nin İranda bir səfiri olub-V.M. Vinoqradov (1979-83).

Düzü, bəzən səfirlər elə diplomat kim yox...məhz elə cəllad kimi göndərilir səfirliklərə.

Vinorqadov da elə əsl cəllad kimi göndərilmişdi Tehrana. Diplomat deyildi əslində. 88-lərin dilində, belələri qısa kodla-“Kimyagər”, “Kobra” adlanır daha çox.

1979-cu il fevral inqilabından dərhal sonra SSRİ, İran mövzusunda Qərblə, 1946-cı ildəki kimi eynən, yenə də razılaşır. Özü də gör neçənci lənətəgəlmiş dəfə...

Dərs olmadı da, dərs olmadı da bizə 1946 il Təbriz faciəsi. Dedik özümüzə yox ey, bu dəfə Berlin bizlədir. Moskva özü bilər. Təbriz muxtariyyət qazanacaq, İran azadlıq...Bəs Markus Volf, Xonekker, Çauşesku olan yerdə, kimin iti aza bilər ki?

Azdı. Çaqqal kimi uladı.

”Konverqentsiya” adlı tam yeni bir ad da, termin də qondarırlar bu yeni doğulmuş bəbəyə, yaxud küçüyə. Paris, London, Vaşinqton, Moskva ülgücüylə kəsirlər göbəyini.

Almaniya, yəni Ştazi oyundan kənarlaşdırılır.

Konvergentsiya-yəni “qovuşma, əməkdaşlıq” şüarı atılır ortaya. “Yenidənqurma, aşkarlıq” şüarları hələ sonra girəcək dünya siyasi sözlüyünə. İlk qaranquş...yox, deyərdim ki, qara quş, “konverqetsiya” idi biləsiz. Unutmayın bu şifrəli kodu.

Dörd supergücün birgə məxfi əmliyyatları, finişə çıxır. İrandakı bütün qətilləri də bax bu “dördlük” reallaşdırır.

Güney Azərbaycan, İran inqilabçıları 1979-cu ildə, Leypsiqdə əsl saray çevrili ilə üzləşirlər. Moskva, tərsliyə bir bax, “keçiddə, atları dəyişir”. İnqilabın kuratsiyasını Ştazidən, Berlindən alaraq öz cibində gizləyir. Bizim İskəndərini, əlaltısı Nurəddin Kəyanuri ilə əvəzləyir.

Köhnələr, belə deyək Ştazi kadrları, “ləğvetmə” kabusunun qurbanına çevrilir.

O vaxt-1979-cu il ilin Leypsiq konfrasında etiraz səsi yenə də atamdan gəlir.

Təslimçilik sənədi imzalandıqdan, Nurəddin Kəyanuri Tudə rəhbərliyinə gəldikdən dərhal sonra kürsüyə atam Qafar Kəndli qalxdı.

Köhnə fədaidi. “Kitabın düz lap ortasından” necə deyərlər. Əsl Əlamut mirası...Son zərrəsi, axır qəlpəsi idi o uca zirvələrin...Həm Qəffar sifəti vardı rəhmətlikdə, həm də Qəhhar...

Həm qələm idi, həm də kölgələri parçalayan iti, kütəlməyən sivri qılınc.

Bir baxır Kəyanuriyə, iki baxır...Deyir:

-Yoldaş Kəyanuri, babanız Fəzlullah Nuri, məncə, sizdən ağıllı olub bu cür qəliz seçimlərdə. Götürüb 1908-ci ildə Təbrizdəki qədim məzarllıq ərazisini, daş sənduqələri, Çar Nikolaya səfirlik yeri kimi satıb. Fərqi hiss edin, öz babanızla aranızda. O...bəli, ölüləri satıb, ovuq məzar daşlarını...Bəs siz niyə biz diriləri satırsız?

Mövzunu, sonrakı fəsillərimdə, bütün dramatizmi ilə sizlərə çatdıracam deyə, keçirəm xatirələrimin bu nöqtəsində bircə konuya-CƏLLAD mövzusuna.

Cəllad isə kim idi, hə soruşuram?

Deyirəm-V. M. Vinoqradov.

Supergüclər İranda əməkdaşlığa başlayınca hə, “ləğvetmə” broyleri işə düşür. 1979-cu ildə Vinoqradov Tehrana əslində səfir kimi yox...məhz cəllad kimi göndərilmişdi.

Bayaq yuxarıda söylədim ki, bəzən səfirliklərdə baş elçilər, üzdə baxırsan hə, diplomatdı guya...

Sənədlərdə hə...diplomatdı.

Rəsmi görüşlərdə oturur ön sıralarda, etimadnamə təqdim edir, yerli mətbuata qısa açıqlamalar verir ki, bəs, əla, ölklərarası bağlar günü-gündən inkişaf edir.

Üzdə, hə, belədi.

Ancaq biz, tudəçilər, adp-çilər, üzdəki ifadələrə, dodaqlardakı kəlmələrə heç vaxr bir zərrə qədər belə, vallah inamamışıq. Gecə, əlimizdə kiçicik fanar, dalmışıq, nindzyalar kimi, o səfirliklərə.

Baş səfirin şık kastyumlarını, papağının astarını, seyflərin qapılarını aralamışıq.

Əllərimiz, iti uclu kəlbətin kimi, girib o qaranlıq ünvanları, hə...

Orda, həmişə, qanlı və canlı balta aşkarlayıb.

İddiamı, əfsanə, dedi-qodu da saymaq olardı. Əgər səfir V. M. Vinoqradovun bioqrafiyasında bax bu qeyd olmasaydı: "1944-48 год — студент Московского химико-технологического института им. Д. И. Менделеева".

Belə çıxır ki, Vinoqradov təkcə diplomat yox, həm də kimyaçı olub. Xatırladıram-bu ünvanı, kriminalistlər, "Новичок" zəhərinin vətəni bilərlər. Ötən illərdə, Britaniyada zəhərlənmiş Skripal ailəsi də deyilənə görə bu zəhərin qurbanı olub.

Bu isə onun barmağındakı əcaib üzüyə, Taleqaninin zəhərlənməsi mövzusuna tamam başqa məna verir. Demək...

Demək, bəli, ayatullah Taleqani o vaxt həqiqətən öldürülübmüş. Özü də, görünür bu əməliyyat Vinaqradovun birinci və son əməliyyatı deyildi. Kim idi o? Diplomat? Yoxsamı cəllad? Bunu gələcək araşdırmalar göstərər.

1979-cu ildə o, İranın Xomeynidən sonra ikinci nüfuzlu dini xadimi ayatullah Taleqani ilə görüşür. Görüş, səmimi şəraitdə keçsə də, nəticələri ağlasıxmaz olur-ayatullah Taleqani səhərisi gün yuxudan ayılmadan dünyasını dəyişir.

O vaxtlar Tehrandakı Sovet səfirliyində tərcüməçi işləyən Oleq Myatejniy adlı birisi, xatirələrində bunu belə xatırlayır. "

Когда в Иране, власть узурпировали религиозники, по указанию Москвы, Виноградов несколько раз ездил в город Кум на встречу с Хомейни, чтобы заручиться его поддержкой в вопросах об установлении добрососедских советско-иранских отношений. Но, в третий раз, не был принят им, и в страшной злобе решил больше не навещать аяталлу.

Тогда, Москва дала ему указание встретиться с другим известным, недовольным по её мнению религиозником - аяталлой Талыгани, который поддерживал левые силы и имел много сторонников среди членов левацких организаций. Виноградов навестил его у него же в доме и после продолжительной беседы вернулся в посольство весьма довольным и в приподнятом настроении.

Но, на следующий день, газеты сообщили о смерти Талыгани после встречи с советским послом, и пошли слухи о том, что его отравил Виноградов! Злостные слухи, распространявшиеся ортодоксальными религиозниками, которые сами же отравили Талыгани, заполнили все газеты и журналы исламского бамонда. Даже входили в детали и писали, что Виноградов прощаясь с Талыгани, уколол его в ладонь отравленным кольцом(!).

Сам Виноградов после этого никак не мог прийти в себя, и его месяца два никто не мог навестить.

Дело дошло до того, что дипломаты западных стран, не поддерживавшие режим Хомейни, на встречах с советскими дипломатами, в шутку спрашивали их: "А, когда же ваш посол намеревается навестить Хомейни?!".

***

Ümumi Tudə, ADP taleyimizdəki o zəhərli üzüklərdən, ağulu qədəhlərdən, necə qurtulmağı bacardım, hə?

Hə...gərək ayrıca təsvir edim, bu uzanmış edam hekayəmi.

***

6 may 1983-cü il...

Yaddaş fayllarımı fəallaşdırıb, bilgisayar ekranımın canlanmasını gözləyirəm.

Bilgisayarım da, mən kimi, əvvəlcə ətraf havanı, hop edib öz sinəsinə dərir.

Sonra, qəribə etiraf cümlələri, xatirə əkssədaları, məxfi siqnallar başlayır cüyüldəməyə.

Xatirə bilgisayarım da, məndən xüsusi kod tələb edir.

Gözlərini yum bircə an. Ətrafını tam unud. Elə, əhatəsində olduğun müasir zananı da.

O kod, o məxfi etiraf, sevgi siqnalı mütləq yaddaşından qopub səni diksindirəcək.

Ayıldacaq qəflət röyalarından.

Başlayacan əvvəlcə özünlə pıçıldaşmağa.

Son sait, samit səsləri, bütün ADP, Tudə qurbanları kimi xeyli uzadıram.

Uzaq, yaxud könüllərə yaxın müqəddəs ünvanlaradək.

Kim istəyir, qoy öz niskilli, gözü yaşlı sait, samit səsini, öz bildiyi insana, sevgilisinə, öz xaininə qədər uzatsın.

Mən isə, bu səsin muğamatında bircə nöqtədə, bircə məlun şəxs üzərində-Nurəddin Kəyanuri üzərində, zildən bəmə enəcəm.

Üzdə, hə, bu dəfə saitləri uzatmadan, samitləri cingildətmədən danışıram.

Ancaq daxilimdəki zilə, daxilimdəki pəsə, inamıram ki, Rübabə Muradova da, nə qalxsın, nə də, ensin.

6 may 1983- cü il. Tehran televiziyası...

Tudə Siyasi Bürosu üzvləri Ehsan Təbəri ilə Nurəddin Kəyanurunun məşhur etirafı, canlı efirdədi.

Bəs biz guya casus idik.

Bəli, bu etiraf, minlərlə, on minlərlə zavallı ADP-çinin, "firqəçi"nin ölüm pasportuna çevrildi...

Qatı xain, bütün dünya diplomarik korpusu qarşısında, öz satqınlığını rəsmiləşdirdi.

Ağ kağızların rəngi qaraldı sanki dünyamda. Bilgisayarımın ekranı dondu.

Yaddaş faylarım, ağzıaçıq qalmış dəli kimi, bir an, bilmədi nə etsin.

Minlərlə qurban...Növbəti məğlubiyyət.

Taleyin tərs silləsinə bir bax bax.

Kəyanuru ilə Ehsan Təbrinin bu etirafı mənlə atamı isə, bəli labüd ölümdən xilas etdi.

Niyə?

***

Heç...Bakı Dəniz vağzalına gəlib Rəştə iki bilet almışdım.

Labüd ölümə gedəcəyimiz bəlli idi, xəyanətdən öncədən xəbərdardıq hər ikimiz.

Ancaq, əmr beləydi-QAYIDIN.

Aldım o məşum, soyuq biletləri.

Çexovu gərək yenidən 8 saylı palatama dəvət edəydim həmin anda. Qələminin qara yumoru ilə təsvir edərdi bu dramatizmi.

Qələminin, dimdiyinin incə ucunda dünya oxucularına çatdırardı Hacı Leyləklə qarğa söhbətinin müasir canlı, qanlı redəktəsini.

Əbədi süjet, bu dəfə qanlı tanrıların caynağından qopdu haa amma.

Verildi Çexovun canlı, realistik qələminə.

O da məni-öz 8-ci palata patsientini, əvvəl sırf yazıçı kimi edam kürsüsündən aıyırdı, sonra sırf həkim kimi.

Çexovun, qələmi güclü çıxdı bu dəfə də.

Ənənəvi tanrıların, hökmü pozuldu deyərdim gözlərim qarşısında. Və təbiət özü...biz yox....Xəzər özü, üsyana qalxdl bu xəyanətə, bu qanlı tanrılara qarşı.

Dəniz, nəqliyyat üçün qapandı.

Qasırğa çox sürdü bu dəfə mavi Xəzərdə.

Bir də gördük təqvimdə, qəzetlərin manjetlərində artıq 6 maydı. Nurəddin Kəyanuri, Ehsan Təbəri və digərləri, öz suçlarını etiraf ediblər.

Anında, İrana gedişimiz, qayıdışımız yasaqlandı.

Hə...Nurəddin Kəyanuri hamını satdı...

Yalnız ikimizi-atamla məni, öz xain etirafı ilə, labüd acı sonluqdan qurtardı.

Bütün İranı silkələmiş bu etirafdan sonra, bizim-son Tudə, ADP rəhbərlərinin, vətənə qayıdışı artıq nə insani məntiqə sığırdı, nə də ki, hüquqi-siyasi, qanuni qayda-qanuna.

Xəzər bizi, atayla balanı, xilas etdi.

Kəyanuri, qısası, öz vaxtsız etirafı ilə, bəli hamını öldürdü.

Ancaq bu etiraf həm də bizi, o minlərlə kütlənin içindən yalnız ikimizi-atayla balanı, labüd ölümdən qurtardı.

Söhbətimi, bir başqa təəccüb mövzusu ilə başladım.

İndi bir özgə təəccüb nidası, yaxud sükut işarəsi ilə də, bitirirəm.

Cəllad baltası, bu dəfə, havada vızıldıyaraq, boynumdan yan ötdü.

Sözün əsl mənasında, özünün halal balta vızıltısıyla yox...özünə tam yad milçək vızıltısıyla, məğlubiyyətini etiraf etdi.

Vinoqradov saatına, təqvimə baxa-baxa qaldı.

"88" rəqəmli iki dosye dəmir seyfə qayıtdı.

Pendir bu dəfə, oturuşmuş süjetdə olduğu kimi, qarğaya yox, Hacı Leyləyə nəsib oldu.

Lenin adına Ümümittifaq Pediatriya İnstitunun həkimi Anton Çexovun, mövzuya şəxsən müdaxiləsinə görə.

8-ci palatanın nəinki qanlı və canlı baltaları və paltarları var.

Palatanın, qoruyucu mələkləri deyirsizmi yoxdu?

Var.

Soyuq divarındakı tənha paslı mıxdan təkcə cəllad örtüyü aslmayıb deyərdim mən.

Şəfaverici həkimlərinin də, ağ-appaq Çexov xələti asılıb, diqqət etsən azca, bir kənarda.

Qələmi də, orda, masa üzərindədir.

2-ci fəsil

Həmid Hersiçi

visiontv.az