Şuşa dağlarının başına kor duman Azərbaycan tarixi İrəvan çuxurunda büdrəyəndə çökübdü - Alqış Musayev
Şuşa dağlarının başına kor duman Azərbaycan tarixi İrəvan çuxurunda büdrəyəndə çökübdü - Alqış Musayev
11.12.2020 Alqış Musayev Tərəfindən

Şuşa dağlarının başına (və bütövlükdə Qarabağın və Azərbaycan adlı coğrafiyanın üzərinə) kor duman Azaərbaycan tarixi İrəvan çuxurunda büdrəyəndə çökübdü.

Çox təəssüf ki, sonralar İrəvan mövzusu uzun müddətə unuduldu. Unutduruldu.

Hətta Cümhuriyyətin süqutundan sonra bir neçə onillik ömür sürmüş Məhəmməd Əmin Rəsulzadə və Mustafa Mərdan Topçubaşov da İrəvanın güzəştiylə bağlı susmağa üstünlük verdilər.

Nə danışdılar, nə də yazdılar.
Deyim ki, araşdırma aparsam da, mən nə Rəsulzadənin, nə Topçubaşovun bu mövzuyla hər hansı qeydinə rast gəlmədim.

Halbuki belə bir istinadgah olsaydı, nə gözəl olardı.

Bir neçə il əvvəl İlham Əliyevin özünün dediyi kimi, ilk dəfə olaraq dövlət,  dövlət başçısı səviyyəsində  İrəvanın taley  ictimai fikrin diqqət mərkəzinə gətiriləndə Rəsulzadə və Topçubaşov  etibarlı mənbə kimi istifadə edilə bilərdi.

Nə yazıq ki, İrəvan mövzusu təkcə ictimai-siyasi tariximizdə deyil, eyni zamanda, qurucu babalarımızın bioqrafiyasında heç nə ilə doldurula bilməyəcək bir boşluq olaraq qalır.

Visiontv.az