Süleymaninin qətli Bağdadi və Bin Ladenin ölümündən daha önəmlidir - Amerikalı ekspert
06.01.2020

Amerikanın İran üzrə eksperti Mark Dubovitz İran Generalı Qasım Süleymanini Bin-Ladendən betər terrorçu adlandırdı.

Demokratiyaların Müdafiə Fondunun icraçı direktoru Mark Dubovitz öncədən Süleymaninin öldürüldüyünə dair xəbərlərə şübhə ilə yanaşıb. Lakin hadisə öz təsdiqini tapdıqdan sonra o, baş verənlərin miqyasını çatdırmaq üçün Tvitterdə paylaşım etdi.

Visiontv.az amerikalı ekspertin şərhini təqdim edir:

"Əgər Süleymaninin ölümü gerçəkdirsə, bu İŞİD lideri Bin Ladenin, Hizbullah lideri Muqniyenin ölümündən daha böyük hadisədir", o yazıb. İyirmi ildir ki, Süleymani dünyanın ən güclü, bacarıqlı və nüfuzlu terrorçusudur. O güclü terrorçu dövlətdən dəstək alırdı". 

O, ABŞ-la bənzətmə aparıb: "Əgər  Süleymaninin asanlıqla əvəz edilə biləcəyini düşünürsüzsə, deməli onun Qüds qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu üzərində 20 il ərzində necə bir təsirə malik olduğu haqda heç nə bilmirsiz. Bura hətta kəşfiyyat, xarici əlaqələr, siyasi strategiya da aiddir. Bu (Baş Qərargah rəisi) komandirinizi, MKİ-nin direktoru və xarici işlər nazirini itirmək kimi bir şeydir - özü də hamısını eyni anda".

"Əminəm ki, səhər açıldıqda İran xalqının üzündə böyük təbəssüm yaranıb. Bu rejimə böyük zərbədir".