Spiker: Vətəndaş nikahı qanunsuzdur
23.04.2024

Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail  Ağamalı deyib.

Fəzail  Ağamalı qeyd edib ki,  Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır: “Amma  Azərbaycanda  vətəndaş nikahı getdikcə artır. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb".

Deputat həmçinin vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən bəhs edib.

Sədr  Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.

visiontv.az