Niyə mutsuzsan dedi: Mutsuz deyil, bacarıqsızam dedim
03.05.2024

Niyə mutsuzsan dedi. Mutsuz deyil, bacarıqsızam dedim. Sizin kimi mutlu olduğumu sanmaq əlimdən gəlmir. Bu qədər - Pol Oster

Amerikalı yazıçı, şair, esseist və tərcüməçi Pol Oster (Paul Auster, 1947-2024) vəfat etdi.

Osterin ölüm xəbəri Tvittter-in Türkiyə seqmentində TT oldu. Haqqında yazılanlara, türkcəyə çevrilmiş kitablarına baxanda qibtə etdim, doğrusu. Onun “Nyu York trilogiyası” bizim dilimizə tərcümə olunubmu, görəsən? Olunsaydı, oxunsaydı bizim sosial şəbəkələrdə də Osterdən danışardılar bu gün. Bəs görən bizim yazarlar necə, onun 34 kitabından heç olmazsa birini mütaliə ediblərmi? Bir fikrim yoxdur…

Yaradıcılığını intellektual meynstrim, detektiv və maqik realizmin kəsişməsində qurmuş yazar son onilliklərin önəmli və oxunan yazarlarından biri idi.

Norveç əsilli Amerikalı yazıçı, neyroşəbəkələr və psixoanaliz üzrə mütəxəssis Siri Hustvedt (1955) ilə evli idi. Yəqin ki, onunla uzun müddət mutlu yaşayıb, yoxsa belə deməzdi:

“Lazımsız şeylər haqqında çox düşünürəm. Buna görə də sürəkli ağlımdasan”…

İbrahim Nəbioğlu

visiontv.az