Şoyqu: Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib
23.04.2024

Ukrayna ordusu müharibə başlayandan yarım milyon hərbçisini itirib.

APA-nın  Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

"Xüsusi  əməliyyat  başlayandan Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri təxminən yarım milyon hərbçi təşkil edib", - deyə Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, bütün təmas xətti boyunca təşəbbüs Rusiya qoşunlarındadır və Ukrayna ordusu mövqelərindən sıxışdırılıb çıxarılır.

visiontv.az