Ermənistan XİN rəhbəri Almatı görüşündən danışıb
06.05.2024

Ermənistan Almatıda danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun açılması məsələsini müzakirə etmək niyyətindədir.

APA-nın “Sputnik  Armenia”ya istinadən məlumatına görə,  bunu Ermənistanın xarici işlər naziri  Ararat  Mirzoyan macar həmkarı Peter Siyarto ilə birgə brifinqdə deyib.

"Biz nəqliyyat infrastrukturunun açılmasında maraqlıyıq. Hələlik ümumi razılaşma yoxdur, amma bizim niyyətimiz bu məsələnin məhdudiyyət olmadan reallaşmasıdır", – Mirzoyan bildirib.

visiontv.az