Şoyqu “Qərb Ermənistana müdaxilə edir” cümləsindəki “Ermənistan” sözünü “Qarabağla” əvəz edib
Şoyqu  “Qərb Ermənistana müdaxilə edir” cümləsindəki “Ermənistan” sözünü “Qarabağla” əvəz edib
26.05.2023 Elxan Şahinoğlu Tərəfindən

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovadan sonra növbə Rusiyanın müdafiə naziri Sergey Şoyquya çatıb. Şoyqu son açıqlamasında Ukrayna mövzusunu bitirdikdən sonra keçib Qarabağa və bunları deyib:

“Qərb hər vasitə ilə Qarabağdakı vəziyyətə müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.

Əvvəl deyirdilər ki, “Qərb Ermənistana müdaxilə edir”, hazırda cümlədəki “Ermənistan” sözünü “Qarabağla” əvəz ediblər. Qarabağda Rusiyadan başqa heç bir dövlətin hərbi kontingenti yoxdur. Digər tərəfdən Qarabağ separatçıları Qərbə deyil Rusiyaya tabedirlər. Belə olan halda Qərb Şoyqunun təbirincə desək Qarabağdakı vəziyyətə necə və hansı alətlərlə müdaxilə edə bilər? Qərbin Qarabağa müdaxilə etməsinə birinci növbədə Azərbaycan imkan verməz, çünki bu ölkəmizin maraqlarına ziddir. Bunu bilən Qərb – ABŞ və Avropa İttifaqı Qarabağla bağlı məsələlərə qarışmır, qarışan varsa o elə Rusiyadır.

Elxan Şahinoğlu

visiontv.az