SON DƏQİQƏ! Azərbaycanlı deputat İSTEFA VERDİ
30.09.2019

Milli Məclisin deputatı Rəfael Cəbrayılov deputat mandantından imtina edib.

Milli Məclisin deputatı Rəfael Cəbrayılov deputat mandantından imtina edib.

VisionTV.az xəbər verir ki., bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, R.Cəbraylov mandatdan imtina etməsi barədə müraciət edib və deputat mandatından istefa vermək qərarına gəlib.

Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki komissiyası qərar qəbul edəcək.

Qeyd edək ki, millət vəkili Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min dollar məbləğində borc pul alması və borc qarşılığında deputat vəsiqəsini girov qoyması barədə xəbərlərlə, bir-birinin ardınca yayılan video və səs yazısı ilə ifşa olunur.

Son səs yazısında isə Rafael Cəbrayılov pulu qaytaracağı vədini verir.