İranın 38 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.
Aclıq aksiyası 60-cı dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.
Qeyd edək ki, 2024-cü ildə İranda 1000-dən çox məhkum edam edilib, onlardan 975-nin kimliyini müəyyənləşdirmək mümkün olub.
visiontv.az