“Mehr News” xəbər verir ki, ermənipərəst bədnam iranlı ekspert Ehsan Movəhhediyan “Armen Press”ə müsahibəsində iddia edib ki, “Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmağa və Cənubi Qafqazda sülhə nail olmağa çalışırsa, ilkin şərtlərdən əl çəkməlidir”.
Azərbaycanın Ermənistanın Konstitusiyasına dəyişiklik tələbinə toxunan və özünü ekspert adlandıran siyasi şərhçi bildirib ki, Bakı İrəvanla danışıqlarda ilkin şərt dilindən istifadəni dayandırmalıdır.
“Bütün bu ilkin şərtlər Bakının real sülhə can atmadığının göstəricisidir. Azərbaycan sülh axtarmır, çünki onlar özlərini başqalarından üstün hesab edirlər. Onlar Ermənistanı gərgin vəziyyətdə saxlaya biləcəklərini və bu yolla öz istəklərinə nail ola biləcəklərini düşünürlər", - deyə, ekspert saxta və əsassız fikirlərini dilə gətirib.
visiontv.az