Şər xalqlar və süni zəka
Şər xalqlar və süni zəka
23.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Rəqəmsallaşma (Digitalizasiya) qapımızı kəsdirib. Daha doğrusu, artıq çoxdan qapımızdan içəri girib, həyatımızı yönləndirməyə başlayıb. Biz hazırda rəqəmsal erada yaşayırıq. Süni zəka (artificial intelligence, AI) aparıcı trendə çevrilir. Bu, əsl inqilabdır.

Bəli, bu gün dünya rəqəmsal inqilablar mərhələsindən (digital revolution) keçir. Hətta müharibələr də artıq rəqəmsallaşır, süni intellekt müstəvisinə keçir. Və rəqəmsal müharibənin ilk pioneri rolunda məhz bizim ölkəmiz çıxış edib.

44 günlük İkinci Qarabağ müharibəsi klassik müharibə olmaqla yanaşı, həm də əsl rəqəmsal savaş idi. Azərbaycanın bu savaşda dronlardan kütləvi şəkildə istifadə etməsi hərb tarixində yeni epoxanın (digital age) başlanğıcını qoydu.

Azərbaycanın ardınca, hazırda Rusiya-Ukrayna savaşında da bu təcrübədən sıx şəkildə istifadə olunur. Hər iki tərəf Pilotsuz Uçuş Aparatlarından (PUA) geniş miqyasda yararlanmağa çalışır. Ukrayna PUA-larının Rusiyanın müxtəlif ərazilərində mühüm obyektləri məhv etməsi və hətta Moskvaya da hücum etməsi buna əyani misaldır.

İran da bir neçə gün öncə İsrailə qarşı həyata keçirdiyi hərbi əməliyyatı rəqəmsal savaş müstəvisində gerçəkləşdirməyə çalışdı, İsrail ərazilərini bombalamaq üçün eyni vaxtda 100-dən artıq "Şahed" PUA-sını havaya qaldırdı. Lakin o PUA-ların 99 faizi gedib hədəfə çata bilmədi. Onların əksəriyyəti İsrail, ABŞ, Böyük Britaniya və İordaniya tərəfindən İsrailin sərhədlərinə çatmadan məhv edildi. "Şahed"lərin və raketlərin bəziləri isə hətta İranın öz ərazisinə düşdü və insan tələfatına səbəb oldu.

Belə demək mümkünsə, İranın ilk rəqəmsal savaş cəhdi rüsvayçı şəkildə uğursuzluqla üzləşdi. Bu mənada süni zəka da ağıllı yanaşma, ağıllı işlətməçilik tələb edir. Görünən budur ki, fars ağlının rəqəmsal savaşı uğurla aparmağa iqtidarı, təpəri çatmadı.

Lakin ayrı-ayrı xalqların yetənəkli olub-olmamağından ası olmayaraq rəqəmsallaşma, süni zəka artıq bütün dünyada hərbi sənaye üçün, orduların real döyüş prosesi üçün əvəzolunmaz, süper vacib əhəmiyyətli texnologiyaya çevrilib. Ölümsaçan avtonom sistemlər, döyüş robotları, pilotsuz reaktiv qırıcılar və digər yeni texnologiyaların tətbiqi müharibələri aparma üsullarını da kökündən dəyişməkdədir.

Bir sözlə, savaşların tam olaraq rəqəmsallaşması artıq qaçılmazdır. Ağıl gücü sərhəd tanımayan xalqlar bu yeni epoxanın da üstünlüklərindən düzgün istifadə etməyi, faydalanmağı bacaracaqlar. Sevindirici haldır ki, ermənilərdən və farslardan fərqli olaraq biz də ağıl gücü sərhəd tanımayan xalqların sırasında yer alırıq.

Ağıllı xalqlar rəqəmsallaşmanın və süni zəkanın köməyi ilə şərə qalib gəlməyi bacara bilərlər. Şər xalqlar isə süni zəkadan şərin qələbəsi üçün istifadə etməyə cəhd göstərəcəklər. Bu mənada İlon Maskın süni zəkanı cəhənnəmdən dəvət edilmiş iblislərə bənzətməsi heç də təsadüfi deyil.

Bəybala Mirzəyev

visiontv.az