Avropa Komissiyası Çinlə tariflərə alternativlə bağlı danışıqları davam etdirməyə hazır olduğunu bildirib
12.04.2025

Çin və Avropa İttifaqı Çinin elektrikli avtomobillərinə Aİ tariflərinin qaldırılması ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.

Avropa İttifaqının ticarət komissarı Maroş Şefçoviç martın sonunda Pekinə səfəri zamanı Çinin ticarət naziri Vanq Ventao ilə görüşüb və iki tərəf Aİ tarifləri ilə bağlı mübahisəni danışıqlar yolu ilə həll etmək barədə razılığa gəliblər. Ötən ilin sonunda Avropa İttifaqı Çin istehsalı olan elektrik avtomobillərinə rüsum tətbiq edib.

İndi Avropa Komissiyası Çinlə tariflərə alternativlə bağlı danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Pərviz Əliyev

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8