Sentyabrın 15-də ibtidai sinif şagirdləri dərsə gedəcək
27.08.2020

“Sentyabrın 15-dən həftədə 2-3 dəfə olmaqla, ibtidai siniflərdə tədrisin başlamasını təklif edirik”.

Visiontv.az-ın məlumatına görə, bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, I sinif şagirdlərinin həftədə 3, digər siniflər şagirdlərinin isə aktiv xəstələrin sayı çox olarsa, 2 dəfə gəlməsi təklif edilib: "Təklif qəbul olunsa, ibtidai siniflərdə təhsil ala 650 min uşaq dəsrsə gedəcək. Bu qrupun 257 min nəfəri Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Bu ərazilərdə epdemioloji vəziyyət gərgindir".