Səngər savaşımız bitib, PSİXOLOJİ MÜHARİBƏ və ƏSƏBLƏRİN DÖYÜŞÜ isə, indi başlayır
01.10.2021

Qəhrəman Azərbaycan gəncləri!!!

Tarixi qonşumuz İran İslam Respulikasının dövlət atributlarına və rəhbər şəxlərinə qarşı son günlər təhqiramiz qəbul ediləcək addımlar atılır, özlərini dəli-dolu adlandıran, "qəhrəmanlıq" etdiklərini düşünən bir qrup gənclər və bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən. Təəssüflə qeyd etməliyik ki, bu addımların dövlətimiz və xalqımız adına aparılan mübarizəyə, çıxdığımız yola, əldə etdiyimiz misilsiz nəticələrə ziyan və mənfi təsirlərdən başqa heç bir xeyri yoxdur. Və yenə də təəssüf ki, "klavyatura qəhrəmanları" yenidən aktivləşib gənclərimizi İran və Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmasına heç bir şübhə olmayan təxribatların alətinə çevrilməyə təhrik edirlər.

Əziz dostlar!

Millət, dövlət uğruna mübarizə belə olmur! Səfirlik önünə aftafa qoymağın milli mübarizəmizə hansı müsbət qatqısı ola bilər, zərərlərdən, məqsədli tərəflərin əlinə səbəb verməkdən başqa?

Sizcə, xüsusi mühafizə olunan səfirliyin binası önündə belə bir təxribatın törədilməsinə nəyə görə göz yumulub? Hələ foto çəkilişi demərəm...

Əziz gənclər, əziz tələbələrim, Vətənini, millətini bütün dəyərlərdən üstün tutan qəhrəman Azərbaycan gəncliyi!

İcazə və imkan verməyin sizləri - əsrimizin qəhrəmanlarını səngərdə üz-üzə gələ bilməyən, qabağınızdan qaçan düşmənlər öz məkrli oyunlarının alətinə, iştirakçısına çevirsinlər. Aylar öncə yazmışdım: Ermənistan kimi məkrli və ləyaqətli döyüş apara bilməyən düşmənlə səngər savaşımız bitib, PSİXOLOJİ MÜHARİBƏ və ƏSƏBLƏRİN DÖYÜŞÜ isə, indi başlayır.

Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi altında səngərlərdə əldə etdiyimiz Vətən qələbəmizi bundan sonra da Prezidentimizin ətrafında məntiqi sonğula çatdırmalıyıq! Bu bizim həm də tarixi missiyamızdır!

Anar Əliyev,

Tarix üzrə fəlsəfə doktoru, politoloq