İranın ali rəhbərinin siyasi müşaviri Əli Şəmxani "Əl-Məyadin" kanalına verdiyi müsahibədə hərbi baxımdan "müharibənin qaçılmaz olduğunu", ancaq onun sözlərinə görə, "siyasi baxımdan diplomatiya üçün hələ də vaxt və fürsət qaldığını" söyləyib.
Admiral əlavə edib ki, mövcud vaxtdan istifadə edərək həll edilməli olan mürəkkəb problemlərin qarşıda olduğunu və düzgün istiqaməti tutmağın "yollarından biri və ən yaxşısı diplomatiyadır".
Əli Şamxani əvvəllər dəfələrlə təhlükəsizlik orqanlarının İslam Respublikasının rəhbəri Əli Xameneyinin həyatını qorumaq üçün əllərindən gələni edəcəklərini və ona qarşı hər hansı bir təhdidin İslam Respublikası üçün qırmızı xətt olduğunu bildirib.
visiontv.az