Şəmkirdə Üzeyir Hacıbəyov və Əhməd Cavadın abidə kompleksi haqda sizin də məlumatınız olsun
Şəmkirdə Üzeyir Hacıbəyov və Əhməd Cavadın abidə kompleksi haqda sizin də məlumatınız olsun
09.05.2022 Bəybala Mirzəyev Tərəfindən

Bu günlərdə dəyərli dostumuz Vidadi Məmmədrzayev məndən istiqlal şairimiz Əhməd Cavadın Bakıda heykəlinin olduğunu soruşdu. Mən də bildirdim ki, yox, onun heykəli ucaldılmayıb. Amma şairin Şəmkir şəhərində çox maraqlı bir heykəli var.

Deməli, Şəmkir şəhərində İstiqlal parkı var. Və həmin parkda böyük şəxsiyyətlərimizin xatirəsinə bir sıra abidələr ucaldılıb.
Dünyada tanınan heykəltəraşımız Azad Əliyev sözügedən İstiqlal parkında müstəqil Azərbaycanın dövlət himninin müəllifləri Üzeyir Hacıbəyov və Əhməd Cavadın heykəlini yaradıb.

Azad Əliyev bu əsər üzərində işləyərkən dəfələrlə Üzeyir Hacıbəyovun ev-muzeyinə gələrək bəstəkarımızın həmin muzeydəki royalını saatlarla müşahidə edib. Rəssam bunu yəqin ki, bəstəkarla şairin himn üzərində birgə işini öz təsəvvüründə canlandırmaq üçün edirmiş.

Nəticədə olduqca mükəmməl bir abidə kompleksi araya-ərsəyə gəlib.

Bəli, bu heykəlin yerləşdiyi İstiqlal parkı dövlət himnimizi ifa etmək üçün ən sayğıdəyər məkanlardan biridir.

Bəybala Mirzəyev

Visiontv.az