15.011.2019
Axtar
Hadisə
alt

Şəkidə evinin həyətyanı sahəsini narkotik plantasiyasına çevirən şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və əkini ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

VisionTv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və əkini ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun İbrahimkənd kənd sakini 49 yaşlı Cavanşir Mustafayev saxlanılıb. Saxlanılan şəxsin kənddə yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 120 kiloqrama yaxın 49 ədəd yaş, quru vəziyyətdə 10 çətənə kolu, sellofan torbalarda 175 qram marixuana, 24 plastik qabda çətənə bitkisinin şitilləri və toxumları, eləcə də sənədsiz 16 kalibrli təklülə ov tüfəngi aşkarlanaraq götürülüb. C.Mustafayev ilkin ifadəsində həmin narkotik tərkibli bitkiləri satış məqsədilə becərdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

Şərh