20.09.2020
Axtar
Ölkə
alt

Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonunun mərkəzi hissəsi birləşdirilsin-deputat Nəsib Məhəməliyev

Deputat Nəsib Məhəməliyev bildirib ki, Bakı şəhərinin inzibati ərazisinə aid olan bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllərdə cəmiyyətdə müxtəlif fikirlər müzakirə predmeti olub: "Ən real təşəbbüslərdən biri, cənab prezident tərəfindən səsləndirimiş, Bakının mərkəzi rayonunun yaradılmasıdır.

Düşünürəm ki, Səbail, Nəsimi, Yasamal, Nərimanov və qismən Xətai rayonlarının mərkəzi hissələrinin yeni sərhədlərini müəyyənləşdirməklə "Mərkəzi rayonu formalaşdırmaq mümkündür.

Bu şəhərin tarixi hissəsinin qorunması, tikinti-bərpa işlərinin aparılması, nəqliyyat-ekoloji problemlərin həlli, turizmin inkişafı baxımından əhəmiyyətli olardı.

Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə isə, burada müəyyən yerli spesifik xüsusiyyətləri saxlamaqla, dünya praktikasından istifadə etmək olar. Kommunal-təsərrüfat xarakterli məsələlərin bələdiyyələrə həvalə olunmasını məqsədə uyğun olardı. Təbii ki, bu da mərhələli şəkildə həyata keçirilməlidir. Yerli özünü idarəetmə orqanlarını müasir standartlara uyğun inkişaf etdirə biləcək peşəkar bələdiyyə kadrlarının hazırlanmasına ehtiyac var. Ümumiyyətlə, yerli icra hakimiyyəti orqanlarında struktur islahatları davam etdirilməsi zamanın tələbidir".

Sonxeber.az

Şərh