1.04.2020
Axtar
Hava
alt

Sabahın hava proqnozu

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Visiontv.az-a bildirilib ki, fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. 

Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-4° isti, gündüz  7-9° isti, Bakıda  gecə 2-4° isti, gündüz  7-9° isti olacaq.

Atmosfer  təzyiqi  762 mm civə sütunundan 766 mm civə sütununa  yüksələcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55%  olacaq.   

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-10°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  0-5° isti olacaq.  

Şərh