Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı
25.03.2023

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 169 890 nəfər canlı qüvvə itirib.

Visiontv.az Bakutv - yə istinadən xəbər verir ki, Rusiyanın digər döyüş itkiləri 3 580 tank, 6 932 zirehli maşın, 2 623 artilleriya sistemi, 520 reaktiv yaylım atəşi sistemi, 276 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 214 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 483 avtomobil texnikası və avtosistern, 279 xüsusi texnikadan ibarətdir.