Rusiya Xankəndində Konsulluq açmaq istəyi ermənilərin geri dönüşünə hesablanıb
30.05.2024

Rusiyanın Xankəndində Konsulluq açmasında əsas planı əsasən, Qarabağdan köçən ermənilərin qayıtmasına nail olmaqdan ibarətdir.

Bununla Rusiya Qarabağ məsələsini Ermənistan və Azərbaycanın gündəminə daşımaq Xankəndində anti-Azərbaycan mərkəzinin yenidən əsasını qoymaqdır. Rusiyada yaşayan Qarabağdan gedən ermənilər arasında siyasi işlər apararaq onların Xankəndinə qayıtması istiqamətində ciddi işlər aparmaqdır.

Ümumiyyətlə, gələcəkdə Rusiyaya Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə konsulluq açmasına icazə vermək olmaz. Rusiya konsulluğu Azərbaycanın ikinci şəhəri olan Gəncədə deyil, niyə Xankəndində açır?! Demək Kreml Azərbaycana qarşı Qarabağ kartını əldən vermək istəmir.

Məhəmməd Əsədullazadə

visiontv.az