Rusiya və İŞİD
28.03.2024

"Rossiya1" telekanalının "60 dəqiqə" verilişində çox maraqlı məqam yaşanıb. Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikovun dediklərinə nəzər salaq.

-Rusiya, İslam faktoru çərçivəsində hədəf ola bilməz, hətta İŞİD üçün. Biz, qlobal geosiyasi və regional müstəvilərdə bütün bu təşkilatları dəstəkləyirik.

Verilişin aparıcısı Popov, Kalaşnikovun buraxdığı "səhvi" dərhal düzəltməyə çalışdı və dedi ki, onlar İŞİDi heç zaman dəstəkləməyiblər, əksinə, məhv ediblər.

Niyə bütün terror təşkilatlarının nümayəndə heyətləri Moskvada rəsmi şəkildə qəbul edilir- HƏMAS, Hizbullah, İslmi Cihad, Talibin və s. - amma İŞİD-i qəbul etmirlər? Üstəlik, Rusiya qanunvericiliyinə əsasən, İŞİD sözünün yazılmasından sonra əlavə etməyiniz tələb olunur - "Rusiyada qadağan olunmuş təşkilat".

Çünki Rusiya başqaları ilə əməkdaşlıq edir, amma İŞİD-ə nəzarət edir, yəni rəhbərlik edə bilər.

İŞİD, Rusiyanın çox təsirli bir təzyiq mexanizmidir.

Məsələn?

Rusiya Qərb ölkələrini İslam terroruna qarşı birgə mübarizəyə dəvət edir. İŞİD-in Qərbdə terror aktı hazırladığı iddiası ilə bağlı məlumatları Qərb ölkələrinə ötürür. Qərb bu köməyi qəbul edir, terror aktı ləğv edilir. Amma ruslar bunu havayı etmirdilər.

Bunun müqabilində Rusiya Qərbdən onun maraqları zonasına-keçmiş SSRİ-yə qarışmamağı xahiş edir.

Qərb növbəti dəfə deyir-yox, bu qeyri-adekvat qiymətdir. Və... Parisdə və ya Brüsseldə terror aktı baş verir.

Sonra Lavrov deyir: "Qurbanlara başsağlığı veririk, lakin bunun qarşısını almaq olardı. Biz dəfələrlə Qərbə İslam terrorizmi ilə mübarizədə əməkdaşlıq təklif etmişik və Qərbin bundan imtina etməsi adekvat görünmür".

Politoloq Kamran Cəfərov

visiontv.az