Rusiya və İran ABŞ seçicilərinə təsir etmək istəyir
20.09.2024

Amerikan rəqibləri ABŞ prezident seçkisnin nəticələrinə təsir göstərmək üçün səylərini artırır. ABŞ prezident seçkilərində seçiciləri cəlb etmək uğrunda yarış tam sürətlə davam edir.

“Biz iqtisadiyyatımızı xilas edəcəyik. Biz orta təbəqəmizi xilas edəcəyik”, prezidentliyə Respublikaçı namizəd Donald Tramp deyir.

“İndi səhifəni çevirmək vaxtıdır. Səhifəni çevirin”, prezidentliyə Demokrat namizəd Kamala Harris deyir.

Ancaq ABŞ rəsmilərinin dediyinə görə, bu yarışa Rusiya da qatılıb.

“Prezident Vladimir Putinin yaxın çevrəsi, o cümlədən Sergey Kiriyenko Rusiyanın ictimai əlaqələr şirkətlərinə 2024-cü il ABŞ prezident seçkilərinə təsir etmək proqramının bir hissəsi olaraq dezinformasiya və dövlət tərəfindən dəstəklənən narrativləri təbliğ etmək göstərişi verib”, ABŞ-ın baş prokuroru Merrik Qarland deyib.

ABŞ ittihanmaməsinə əsasən, planın bir hissəsi ABŞ seçicilərinin mühüm məsələr barədə düşüncələrinə təsir etmək üçün onlarla xəbər saytını təqlid etməkdən ibarətdir.

Digər hissəsi isə ABŞ-da fəaliyyət göstərən media şirkətinə 10 milyon dollara yaxın pul ötürməkdə ittiham olunan Rusiya dövlətinin dəstəklədiyi RT media orqanını əhatə edir.

“ABŞ seçkilərinə müdaxilə etmək və demokratiyaya xələl gətirmək məqsədilə Kremlin mesajlarını çatdırmaları üçün xəbərsiz amerikalılara milyonlarla dollar pul ödəmək”, Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Rusiya bu ittihamları rədd edib.

“Bu, rusofobiyadır, bu, söz azadlığına hücumdur, bu, dezinformasiyadır və bu, ABŞ və dərin dövlətin seçki dövründə manipuliyasiya üçün oynadığı ən çirkli oyundur”, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

ABŞ rəsmiləri bu təkzibləri gülünc adlandırır.

Bu ayın əvvəlində yayılan məxfi olmayan kəşfiyyat qiymətləndirməsində Rusiya qarşıdan gələn seçkilərə - sabiq Prezident Dnlad Trampın qalib gəlmək şanısnı artırmaq məqsədi daşıyan “ən aktiv xarici təsir təhlükəsi” adlandırıııb.

Bundan əlavə İran da var.

“Biz bu seçki dövründə İranın getdikcə aqressiv fəallığını müşahidə etmişik. Buna İranın sabiq Prezident Trampın kampaniyasına xələl gətirmək və öz maraqlarına zidd hesab etdiyi seçki nəticəsinin qarşısını almaq üçün son zamanlar etdiyi bildirilən fəaliyyətləri də daxildir”, ABŞ-ın baş prokuroru Merrik Qarland deyir.

ABŞ-ın kəşfiyyat rəsmiləri deyir ki, Çin də Pekinin düşmən gördüyü namizədlərə ziyan vurmaq məqsədi ilə kiçikmiqyaslı sosial media kampaniyası aparır.

Ancaq ABŞ-ın yayındırma siyasətinin işləyib-işləmədiyi sual altındadır.

“Mən bunun indiyədək əksər amerikalı seçicilər üçün əsas məsələ olduğunu düşünmürəm, amma seçiiclərin nə baş verdiyini və onların necə alətə çevrilə biləcəyini başa düşmələri çox vacibdir”, Sirakuz Universitetindən Marqaret Talev deyir.

Bu da o deməkdir ki, səsverməyə hazırlaşan amerikalıların üzərində düşünməli olduqları çox şey var.

visiontv.az