"Rusiya və ABŞ-ın Türkiyəyə nəsə deməyə haqqı yoxdur"
"Rusiya və ABŞ-ın Türkiyəyə nəsə deməyə haqqı yoxdur"
04.07.2022 MEDİA Tərəfindən

Qardaş ölkənin baş diplomatından ərdəmli mövqe, cəsarətli açıqsözlülük.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində bir sıra önəmli məqamlara toxunub. O, iki super dövlətin - ABŞ və Rusiyanın Türkiyənin xarici siyasət sahəsindəki addımlarına, eləcə də Suriya ilə bağlı planlarına münasibətindən danışarkən belə deyib:

“Milli təhlükəsizlikdən söhbət gedəndə kimin nə dediyinin əhəmiyyəti yoxdur. Türkiyə beynəlxalq hüquq çərçivəsində nə lazımdırsa edir. ABŞ-ın YPG-yə yardımından məyus olduğumuzu dəfələrlə dilə gətirmişik. Rusiya və ABŞ-ın Türkiyəyə nəsə deməyə haqqı yoxdur. Rusiyanın atdığı hər addım bizi qane etmir. Biz bununla bağlı kifayət qədər şəffaf davranırıq”.

Türkiyə XİN rəhbərinin səsləndirdiyi bu fikirlər qardaş ölkənin müstəqil və qətiyyətli siyasətinin göstəricisidir. Milli hədəflər ortaya gələndə Türkiyə ABŞ-ı da, Rusiyanı da qarşısına almağa, necə deyərlər, onlara meydan oxumağa hazırdır.

Bu mənada qardaş ölkənin XİN başçısının cəsarətli və ərdəmli mövqeyi həqiqətən də təqdirəlayiqdir.

Əlbəttə, Türkiyə bugünkü dik duruşlu, iddialı ölkə halına birdən-birə gəlib çıxmadı. O, bu nöqtəyə yetişmək üçün son 20 ildə çox böyük bir məsafə qət etdi, siyasi təlatümlərdən, diplomatik krizlərdən keçdi.

İndi bu mövqeləri daha da gücləndirmək zamanıdır.

Bəybala Mirzəyev

visiontv.az