Rusiya sülhməramli qüvvələri minaatanlardan istifadə etməklə təlimləri onların fəaliyyətindən kənardı
Rusiya sülhməramli qüvvələri minaatanlardan istifadə etməklə təlimləri onların fəaliyyətindən kənardı
15.02.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr Bəyannaməsinə əsasən Dağlıq Qarabağ yeridilən Rusiyanın sülhməramlı qüvvələri üç ay ərzində öz mandatından kənar fəaliyyətlə məşğuldur. Bəli, mandatından kənar dedikdə, sülhməramlı qüvvələrin beynəlxalaq mandatı yoxdur, bu gün sülhmərmalı kimi deyil, real Rusiyanın peşəkar döyüşüçülərindən ibarət bir hərbi birləşməsi kimi fəaliyyət göstərirlər. Çünki, onların üç ay ərzində fəaliyyətləri yalnız sülhün və təhlükəsilziyin deyil, separatizmi müdafiə edərək, 10 gündən bir hərbi təlimlər keçirir. Əgər, bunlar sülhməramlı qüvvələrdirsə, atıcı silahlara malikdirsə, geniş poliqonda onların hərbi təlimləri kimə və nəyə hesablanıb?! Demək, missiya başqadır və onlar bundan sonra geniş çaplı proqrama malikdir.

Artıq Rusiya sülhməramlı qüvvələri Ağdərdə kiçik və iri çaplı minatanalardan istifadə edərək təlimlər keçirir. Sülhməramlı qüvvələrin belə bir ağır silahlardan istifadə etməsi qadağandı və razılaşmada onların bu ağır silıahlardan istifadə edilməməsi təsbit edilmişdi. Amma, porses   göstərir ki, onların fəaliyyəti yalnız öz hərbi imlkanlarını inkişaf etdirmək, sülhü və təhlükəsilziyi deyil, aktiv döyüş aktivliyini qoruyub saxlamaqdır. Sual olunur, Rusiya sülhməramlı qüvvələrinin  mainaatanlardan istifadə etməsi sonradan razılaşmaya salınıb? Əgər, belə razılaşma yoxdursa, rəsmi Bakı və Ankara ciddi şəkildə Rusiyaya etiraz etməli və belə bir ağır silahların istifadəsini qadağan etməlidir. Kiçik bir ərazidə heç bir təhdidin olması müqabilində sülhməramli qüvvələrinin minaatanlardan istifadə etməsi qəbuledilməzdir.

Rusiya bu gün minaatanlardan istifadə edəcəksə, sabah Dağlıq Qarabağa ağır silahlar tank, Top və raket sistemləri yerləşdirə bilər. Bunun qarşısı alınmalı və Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti nizamnamə ilə tənzimlənməlidir. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Rusiya istədiyi hərbi hərəkətlilik ermənilərin güclənməsinə və azərbaycanlıların bu bölgəyə qayıtmamasına hesablanıb. Məhz Rusiya prezidenti V. Putin Rusiyanın Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsindən fəxr etdiyini qeyd edir. Amma, bu müvəqqətidir. Azərbaycan və Türkiyə birgə hərbi ittifaqı Qarabağda Rusiyanın bu hərəkətliliyini neytrallaşdıracaq.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq

Visiontv.az