Rusiya ordusu qeyri-strateji nüvə silahlarının tətbiqi üzrə təlimlər keçirəcək
06.05.2024

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident Vladimir Putinin tapşırığı ilə yaxın vaxtlarda Cənub Hərbi Dairəsi və Hərbi Dəniz Qüvvələrinin raket birləşmələri ilə təlimlərin keçirilməsi üçün hazırlıqlara başlayıb.

APA-nın  Moskva  müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, təlimlər zamanı qeyri-strateji nüvə silahlarının işlənilməsi və tətbiqi praktikası üzrə bir sıra kompleks tədbirlər həyata keçiriləcək.

visiontv.az