Muzeyin mütəxəssisi İstanbulda beynəlxalq konfransda məruzə edib
18.05.2024

14 may 2024-cü ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərindəki Yeditepe Universiteti və “İlteriş” Vəqfinin təşkilatçılığı ilə keçirilən “Dünya tarixində qırçaqlar” Beynəlxalq Simpoziumunda Milli Azərbaycan Tarixi Muzeyinin “Fondların uçotu və elmi təsnifatı” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova məruzə etmişdir.

Numizmat alim “Kafkasya ötesinde kıpçaklar: İldenizli Sikkelerinin Orta Çağ Kıpçak Para Tarihi Açısından Önemi” (Qafqazdan öncəki qıpçaqlar: orta əsrlərdə qıpçaq pul tarixi baxımından Eldənizli sikkələrinin önəmi) mövzusunda olan türk dilində etdiyi məruzəsində müasir numizmatik tədqiqatlara əsasən Azərbaycan atabəylərinin (Eldənizlər) sikkələrinin tarixi, təsnifatı, dövrün yerli pul təsərrüfatı və ticarət əlaqələri haqqında məlumat vermişdir. Türkiyə, Rusiya, Kanada, Çexiya, Bolqarıstan, Tatarstan, Qazaxstan, Qırğızıstan, Özbekistanın nüfuzlu alimlərinin iştirak etdiyi simpozium maraqlı müzakirələrlə yaddaşlarda qalmışdır.  
T.ü.f.d. Aygün Məmmədova Milli Azərbaycan Tarixi Muzeyinin müxtəlif nəşrlərini Yeditepe Universitetinin kitabxanasına hədiyyə etmişdir.
Simpozium məruzəçiləri sertifikata layiq görülmüş və mədəni proqram daxilində İstanbul şəhərindəki müxtəlif tarixi abidələri (Topqapı Muzeyi, Sultan Ahmet Camesi) ziyarət etmişlər. 

visiontv.az