Rusiya müdafiə naziri Sergey Şoyqu növbəti dəfə yalan vəd vermək üçün Bakıya zəng edib?..
Rusiya müdafiə naziri Sergey Şoyqu növbəti dəfə yalan vəd vermək üçün Bakıya zəng edib?..
03.08.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya müdafiə naziri Sergey Şoyqunun müdafiə naziri Z. Həsənova zəngi əsasən, Qarabağda silahli erməni birləşmələrinin çıxarılması istiqamətində ordumuzun hərəkətliliyindən irəli gəlir. İlk növbədə Kreml prezident İlham Əliyevin məlum mesajını vaxtında dəyərləndirməli idi.

Rusiya İyunda söz vermişdi silahlı erməni birləşmələri çıxacaq. Amma, əksini edərək silahlı erməni birləşmələrinə silah sursat daşıdığı, mühəndis istehkam işlərinə şərait yaradır. Rusiya tərəfi yalnız söz verməklə prosesi uzadır. 

Görəsən, S. Şoyqu yenə nə söz verib, nə yalan danışıb. Sergey Soyqu idi müharibə vaxtdı deyirdi Rusiya Ermənistana təyyarə ilə tikinti materialları daşıyır. Rusiya da Azərbaycanın prinsipial mövqeyini bilməlidir və silahli erməni birləşmələri çıxarılmalıdır. 

Azərbaycanda bir çox rus başlar,"5-ci" kolon deyir ki, Rusiya neytral qaldı, Rusiya Türkiyə ilə razılaşaraq Qarabağ işğaldan azad olundu. Xeyr, Rusiya fakt qarşısında qaldı, məcburi geosiyasi şərtlərlə barışmalı oldu. 

Payıza kimi silahlı erməni birləşmələri çıxarılmasa onlara qarşı preventiv tədbirlər görüləcək.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az